Dünyanın ən yaşlı adamı-qocalar evində öldü

0
445

Yaponiyada dünyanın ən yaşlı sakini Titetsu Vatanabe 23 fevral tarixində 112 yaşında vəfat etdi.

Bu barədə Kyodo agentliyi mərhumun ailəsinə istinadən məlumat yayıb.

Bu ayın əvvəlində Ginnesin Rekordlar kitabına şəxs Niiqata prefekturasındakı qocalar evində vəfat edib.

Vatanabe 1907-ci ildə 5 martda anadan olub. 20 yaşında Tayvana gedib. 18 il orada yaşadıqdan sonra yenidən Yaponiyaya qayıdıb.

Planetin daha əvvəlki qoca sakini də Yaponiya vətəndaşı idi. Hokkaydo adasında yaşayan 113 yaşlı Masadzo Nonaka keçən il yanvarın 20-də vəfat edib.