Dünyanın ən romantik şəhərlərindən biri su altında qaldı – FOTO/VİDEO

0
665

İtaliyanın Venesiya şəhəri güclü daşqın səbəbindən su altında qalıb. Suyun səviyyəsi 127 sm olmaqla kritikdir.

“Vesti.ru” bildirir ki, Müqəddəs Mark meydanının üçdən biri, eləcə də eyniadlı kilsə də su altında qalıb. Şəhərdə ya uzunboğaz çəkmələrdə, ya da xüsusi döşənəklərdə hərəkət etmək olur.

Venesiyadakı “yüksək su” mövsümü güclü  yağış yağdığına görə  dəniz səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilir. Şəhər rəhbərliyi iki ildən sonra xüsusi müdafiə maneəsi sisteminin quraşdırılacağına söz verib.