Dünyanın ən qorxulu yerləri – FOTO

0
622

Dünyanın gözəl, görməli, səfalı və heyrətamiz yerləri ilə yanaşı qorxulu məkanları da mövcuddur.

Müxtəlif ölkələrdə yerləşən qorxulu yerlərə yalnız cəsur insanlar səfərlər edirlər.

Beelitz-Heilstatten Xəstəxanası, Beelitz, Almaniya

Birinci Dünya müharibəsi illərində istifadəyə verilən xəstəxana bir zamanlar vərəm xəstəxanası kimi istifadə olunurdu.

Böyük Mavi çuxur, Beliz

Mərkəzi Amerikadakı Beliz yaxınlığındakı çuxurun diametri 300 metr, dərinliyi isə 125 metrdir.

Capuchin yeraltı məzarları, Palermo, İtaliya

İtaliyadakı bu qəbiristanlıq ən qorxunc qəbiristanlıqlar arasında birinci yerdədir.

Cəhənnəm qapısı, Ahal, Türkmənistan

1971-ci ildən bəri sönməyən atəş.

Gomantong mağaraları, Borneo, Malayziya

Bu mağaralarda 2 milyon yarasa yaşayır.

Xaç təpəsi, Litva

14-cü əsrdən bəri qurulan bu təpə Sovet ordusu tərəfindən üç dəfə dağıdılmış, lakin yenidən qurulmuşdur.

Haw Par Willa, Sinqapur

Təxminən 80 ildir açıq olan bu əyləncə parkında 1000-dən çox heykəl var.

Şimali Yungas Yolu, Boliviya

Uzunluğu 61 km olan bu yol çox yüksək olduğuna görə təhlükəli yerdədir.

Nagoro, Yaponiya

Kuklalar kəndində ölən şəxslər üçün kukla hazırlanır və ümumilikdə 350 kukla var.

Pripyat, Ukrayna

Çernobıl fəlakəti zamanı boşaldılmış bir ərazisi olan Pripyat.

Sagada, Filippin

Filippinin Sagada bölgəsində xurafatlar səbəbindən asılmış tabutlar.

Christ of the Abyss, San Furuttuoso, İtaliya

Teylor buzlaqı, Antarktida

Mineralların qırmızı rəng verdiyi şəlalə olduqca qorxunc görünür.

Veijö Rönkkönen Heykəltəraşlıq bağı, Parikkala, Finlandiya

Veijö Rönkkönen adlı sənətçi 2010-cu ildə ölümünə qədər əsərlərini gizlədib. Ölümündən sonra əsərlərini görənlər heyrətə gəlib.

İlan adası, Sao Paolo, Braziliya

Hər kvadratmetrində 3-4 ilan olan təhlükəli ada.