Dünyanın ən qoca cütlüyü toylarının 80-ci ildönümünü qeyd etdi – VİDEO

0
448
Dünyanın ən qoca cütlüyü – 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta toy mərasimlərinin 80-ci ildönümünü qeyd edib.

CNN xəbər verir ki, təntənəli mərasim Texas ştatının Lonqhorn şəhərində baş verib.

Cütlük mərasimə 1920-ci il istehsallı iki yerlik avtomobillə gəlib. Henderson həyat yoldaşına ilk görüşlərində olduğu kimi, gül dəstəsi hədiyyə edib.

Qeyd edilir ki, cütlük 1934-cü ildə Texas Universitetində tanış olub və 1939-cu ildə nikahı rəsmiləşdirib.