Telefonla hər hansı xidmətə zəng edərkən xətdə cavab gözləyən müddətdə səslənən musiqi parçalarını, yəqin ki, hamı eşidib.
“Twitter” mikrobloq servisinin istifadəçisi @jkmb öz səhifəsində dünyanın ən pis “xətdə gözləmə” musiqisini paylaşıb.
Banka zəng etdim və bu iyrənc musiqini eşitdim. Anlamıram, bank mənim kredit ödənişini etməyimi arzulayır, yoxsa bir daha onlara zəng etməməyimi?”, – deyə qadın qeyd edib.
Bu video çox sürətlə virus kimi yayılmağa başlayıb və cəmi iki günə 1,5 milyon izlənmə sayı toplayıb.