Dünyanın ən kasıb prezidenti VƏFAT ETDİ

0
138

“Dünyanın ən kasıb prezidenti” kimi tanınan Xose Muxika vəfat edib.

Bu barədə Uruqvayın hazırkı lideri Yamandu Orsi “X” sosial şəbəkəsində məlumat verib.

“Yoldaşımız Pepe Muxikanın vəfatını dərin hüznlə elan edirik”, – deyən Orsi Muxikaya Uruqvay xalqına göstərdiyi “böyük sevgi” üçün təşəkkür edib.

Daha əvvəl bildirilmişdi ki, 2025-ci ilin yanvarında Xose Muxika xəstəliyin digər orqanlara keçdiyi məlum olduqdan sonra qida borusu xərçənginin müalicəsindən imtina edib .

Xatırladaq ki, Muxica 2010-2015-ci illərdə Uruqvaya rəhbərlik edib və təvazökar həyat tərzi sürməsi və demək olar ki, bütün maaşını xeyriyyəçiliyə bağışlaması ilə tanınıb.

Muxikanın kasıb rayonlardan 30-40 uşağı övladlığa götürmək arzusunun olduğu da bildirilir.