Çin hökuməti dünyanın ən hündür zirvəsi sayılan Everest dağına dırmanma ilə bağlı verilən icazələri ləğv edib.
“Haber Global”ın yerli “Sinxua” agentliyinə istinadən yaydığı məlumata görə, bunu Çinin müvafiq rəsmi qurumları da təsdiqləyib.
Qərarın koronavirus pandemiyasına qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində verildiyi açıqlanıb.
Qeyd edək ki, Everest Çin və Nepal arasında yerləşir. Hər iki ölkə ötən il dağa dırmanma ilə bağlı sorğuları mənfi cavablandırıb.
Yalnız bu il Nepal tərəfindən 408 alpinistin Everestə dırmanmasına icazə verilib.