“Forbes” jurnalı il ərzində ən çox qonorar alan aktyorun adını açıqlayıb.Siyahıya yenə də “Qaya” ləqəbli Dueyn Conson başçılıq edir.
Aktyorun illik qazancı 87,5 milyon dollar təşkil edib.
Siyahıda ikinci yeri ildə 71,5 milyon dollar qazanan kanadalı aktyor Rayan Reynolds tutub.
Üçüncü yerdə isə “Spenserin Ədaləti” filmində rol alan amerikalı aktyor Mark Uolberq qərarlaşıb. Onun il ərzində əldə etdiyi gəlir 58 milyon dollardır.