Dünyanın ən böyük peyvənd kampaniyası” Hindistanda başlayıb.
Hindistan hökuməti avqust ayına qədər 300 milyon insana Covid-19 peyvəndi tətbiq etməyi planlaşdırıb.
Hindistan səhiyyəsi “Peyvəndin etibarlılığı, texniki problemlər və yanlış məlumatların yayılması ilə bağlı narahatlıqlar” içərisində olduğunu da vurğulayıb.
“Covishield” kimi tanınan “AstraZeneca” və yerli “Bharat Biotech” tərəfindən istehsal olunan “Covaxin”, Hindistanda təcili istifadə üçün təsdiqlənib.
Beynəlxalq klinik sınaqları tamamlayan və yüksək qoruma təmin edən “Oxford / AstraZeneca” peyvəndindən fərqli olaraq yerli “Covaxin” peyvəndi Faz-3 sınaqlarını hələ tamamlamayıb. 22 min insanın qatıldığı araşdırmanın hələ də davam etdiyi bildirilib.