Dünyanın ən böyük ehtiyat fondu koronavirusdan milyardlar qazandı

0
423

Dünyanın ən böyük suveren ehtiyat fondu olan Norveç Dövlət Pensiya Fondu koronavirus pandemiyası dövründə səhmlərinin qiymətinin artması ilə on milyardlarla dollar qazanıb.

Bu barədə “Bloomberg” xəbər yayır.

2020-ci ilin üçüncü rübündə fond 44 milyard dollar qazanıb.

Fond texnologiya şirkətlərinin sürətlə böyüdüyü ABŞ bazarına investisiyalarını artırmağı planlaşdırır.

Texnologiya sektorundakı bir çox şirkəti özündə birləşdirən “Nasdaq Composite” indeksi 2020-ci ilin mart ayının ən aşağı göstəriciləri ilə müqayisədə 70 faizdən çox artıb.

2020-ci il sentyabr ayının sonunda Norveçin özəl fondunun aktivlərinin 70,7 faizi səhmlərə, 2,7 faizi daşınmaz əmlaka və 26,6 faizi sabit gəlirli qiymətli kağızlara yatırılıb.