Dünyanın ən böyük aysberqi 1800 kvadrat kilometr əriyib

0
415

İngiltərənin Müdafiə Nazirliyi dünyanın ən böyük aysberqinin son 3 ildə 1800 kvadrat kilometr kiçildiyini açıqlayıb.

A68a aysberqi 2017-ci ildə Antartidadakı buz təbəqəsindən qopub. Həmin vaxt sahəsi 6 min kvadrat kilometr olan aysberqin sahəsi hazırda 4200 kvadrat metrə düşüb.

Həmçinin aysberqdən qopan parçaların dəniz nəqliyyatına mənfi təsir göstərə biləcəyi qeyd olunur.