Dünyanın ən “ağıllı” 10 şəhəri – SİYAHI

0
38

“IMD Smart City Index” maraqlı bir araşdırma edib. Belə ki, 2024-cü il reytinqində 142 şəhər arasında 10 ən “ağıllı şəhər” müəyyən edilib.

Ən ağıllı şəhər dedikdə ağlınıza köklü universitetləri ilə tanınan və ya innovativ sənayelərə ev sahibliyi edən bir yer də gələ bilər. IMD Ağıllı Şəhər İndeksi sakinlərin öz şəhərlərində mövcud olan strukturlar və texnologiya ilə bağlı məsələlər haqqında təsəvvürlərini qiymətləndirib. Daha sonra şəhərlər sağlamlıq, təhlükəsizlik, hərəkətlilik, fəaliyyətlər, imkanlar və idarəetmə baxımından qiymətləndirilib.

2024-cü il reytinqində 142 şəhər təhlil edilib. Amsterdam, Barselona, Kopenhagen, Sürix, Dubay, Dublin, Kiyev, London, Madrid, Mançester, Milan, Moskva, Nyu-York, Stokholm, Oslo, Tokio, Honq-Konq, Sinqapur, Şanxay və Taypey kimi şəhərlər araşdırılıb.

Dünyanın ən ağıllı 10 şəhəri:

Sürix

Oslo

Kanberra

Cenevrə

Sinqapur

Kopenhagen

Lozanna

London

Helsinki

Abu Dabi