Dünyanı gözləyən ciddi təhlükə: Ölüm sayı kəskin arta bilər

0
77

Temperatur artımı ilə bağlı əlavə tədbirlər görülməsə, əsrin sonuna qədər əlavə 55 min ölümün baş verə biləcəyinə dair xəbərdarlıq edilib.

Bununla bağlı Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzi (JRC) hesabat dərc edib.

Hesabata görə, istilik səbəbi ilə baş verən ölüm hadisələrində 13,5 faiz artım qeydə alınıb:

“3 dərəcə istiləşmə ssenarisində ən böyük yükü Cənubi Avropa regionlarının daşıyacağı gözlənilir. Yunanıstanda istidən ölümlər ildə 1730-dan 4 min 767-yə, Fransada 3 min 61-dən 13 min 564-ə, İtaliyada isə 10 min 433-dən 28 min 285-ə yüksələcək”.

Tədqiqata əsasən, hazırda həddindən artıq isti və ya soyuqla bağlı ölümlərin ümumi sayı Avropada ildə 407 min təşkil edir. Hər il təxminən 363 min 500 nəfər soyuqdan, 43 min 700 nəfər isə həddindən artıq istilərdən ölür.

JRC 2050-ci ilə qədər xüsusilə Avropanın cənubunda təhlükəli şərtlərin yarana biləcəyini, Avropanın şimalında yayların isti keçəcəyini, lakin ölüm riskinin aşağı olacağını bildirib.