Dünyamızla bağlı 35 maraqlı fakt

0
423
Hindistanda uşaqlar Yer planeti pavilyonunun yaxınlığında oynayırlar, arxiv şəkli

ABŞ hərbi dəniz qüvvələrini təyyarə daşıyan gəmilərinin sayı dünyanın bütün donanmalarında olduğundan çoxdur.

 Dünyamızla bağlı 35 maraqlı faktə nəzərinizə çatdırırıq. Məlumatı Rusiya mətbuatı təqdim edib.

Fakt №1

Dünyada ən iri mirvarinin kütləsi 6 kiloqrama çatır.

Fakt №2

ABŞ qanunvericiliyi 1913-cü ilə qədər uşaqların poçt vasitəsilə bir yerdən digər yerə göndərilməsinə icazə veriridi.

Fakt №3

Qədim yunanların dilində “din” mənasını verən hər hansı söz olmayıb.

Fakt №4

Müasir tarixdə elə bir dövr olub ki, “Apple” şirkətini hesablarında olan pul ABŞ hökumətinin vəsaitindən çox olub.

Fakt №5

Orta həcmli buludun kütləsi təqribən 500 ton olur. Bu təqribən 80 filin kütləsinə bərabərdir.

Fakt №6

İrlandiyada heç vaxt köstəbək olmayıb.

Fakt №7

ABŞ hərbi dəniz qüvvələrini təyyarə daşıyan gəmilərinin sayı dünyanın bütün donanmalarında olduğundan çoxdur.

Fakt №8

Vulkan püskürdükdən sonra lavanın ətrafa yayılma sürəti qaçış itlərinin sürətinə yaxındır.

Fakt №9

İlk dəfə vintaçan mismarların taxtadan çıxarılması üçün icad olunub, şuruplar isə təxminən 100 il sonra icad olunub.

Fakt №10

Bibliya ABŞ mağazalarından ən çox oğurlanan kitabdır.

Fakt №11

ABŞ-da istehsal olunan duzun 1/3-i yolların buzdan təmizlənməsinə istifadə olunur.

Fakt №12

Elə sınaq borusu var ki, onun diametri insan saçının diametrindən 10000 dəfə kiçikdir.

Fakt №13

Səudiyyə Ərəbistanının ərazisində çaylar yoxdur.

Fakt №14

Antarktidada Oniks adlı yalnız bir çay var. Həmin çay il ərzində cəmi 60 gün axır.

Fakt №15

Meduzaların beyni və qan damarları yoxdur.

Fakt №16

Hər gün dünyada 6 insan milyonçuya çevrilir.

Fakt №17

XVII əsrə qədər termometrlərdə konyakdan istifadə olunub.

Fakt №18

Pişiklər ömürlərinin yarıdan çoxunu yatırlar

Fakt №19

Limonun tərkibində olan şəkər çiyələkdə olduğundan daha çoxdur.

Fakt №20

Toyuğun ən uzun müddətli uçuşu 13 saniyə davam edib.

Fakt №21

Ladoqa gölü Avropanın ən böyük gölüdür.

Fakt №22

Hər il Yer planetinə 500 kq Mars meteoritləri tökülür.

Fakt №23

Yer planeti öz oxu ətrafında 23 saat 26 dəqiqə 4 saniyəyə tam bir dövr edir.

Fakt №24

Yupiter planetində mütəmadi olaraq almaz yağışları olur.

Fakt №25

Kainatda olan ulduzların sayı Yerdəki bütün çimərliklərdə olan qum dənələrinin sayından çoxdur.

Fakt №26

Dünya əhalisinin cəmi 7%-i solaxaydır.

Fakt №27

İnsanın ağ ciyərinin sağ payı sol payından daha çox hava tutur.

Fakt №28

Ən çətin müalicə olunan fobiya – qorxu hürküsüdür.

Fakt №29

Almazlar yanır.

Fakt №30

İnəklər pilləkənlə yuxarı dırmaşa bilir, lakin enə bilmirlər.

Fakt №31

Ördəklər 6 metrə qədər suyun dərinliyinə baş vura bilirlər.

Fakt №32

Çin dili dünyada ən populyar dildir.

Fakt №33

Zürafə və insanın boyun fəqərələrinin sayı eynidir.

Fakt №34

Avropanın ən hündür binası Moskvada yerləşir.

Fakt №35

Dəvəquşu qaçarkən 70 km-saata qədər sürət yığa bilir.