Dünyamız asteroidlərdən necə qorunur?

0
501

Elm adamları asteroidləri daha yaxından araşdırırlar. Potensial bir toqquşma ssenarisinə qarşı elm adamları əvvəldən tədbir görmək üçün araşdırmalarını davam etdirirlər.

Əslində asteroidlərin bu an qarşılaşdığımız təhlükələr arasında ən üst sırada olmadığını deyə bilərik. Öz fəaliyyətlərimiz yaşadığımız iqlimi dəyişdirir. İstifadə etdiyimiz antibiotiklər yeni ölümcül bakteriya növlərinin yaranmasına səbəb olur. Üstəlik, nüvə silahı olan bir planetdə yaşayırıq.

Günümüzə qədər müşahidə edilən heç bir asteroid həyatlarımızda böyük diametrdə bir fəlakətə səbəb olma şansına sahib deyil. Potensial təhlükəli asteroidləri isə, yalnız hər gün oxuduğumuz xəbər başlıqlarında görmək şansına sahibik. Ancaq NASA və digər kosmos agentlikləri pis bir ssenariyə qarşı hazır olmaq üçün əl-ələ verdi. Bir asteroid toqquşmasını simulizasiya edəcəklər.

Bəlkə də müasir asteroid toqquşması tarixinin ən əhəmiyyətli hadisəsi dünyada baş verib. 1993-cü ildə, elm adamları Karolin və Yucin M. Şumeyker və David Levi, Yupiterin ətrafında dönən bir kometa kəşf etdi. Araşdırmaçıların kometaya olan maraqları, kometanın Yüpiterlə toqquşma ehtimalını görmələri ilə birgə inanılmaz artdı. 1994-cü ilin iyul ayında kometa Yupiterə dəyərək aylarla görülə bilən qara ləkələr meydana gətirdi.