Dünyada xərçəng xəstəliyi həddi 33%-ə çatdı – Bu növləri çox yayılıb

0
596

Alimlərdən ibarət beynəlxalq qrup  195 ölkəni əhatə edən elmi tədqiqatlarında dünyada hazırda daha çox yayılan xərçəng növləri, xəstələrdən sağ qalan və ölənlərin, eləcə də sağqalma müddəti, xəstəliyin xarakteristikası barədə bütün statistik məlumatları toplayıb və işləyiblər. Nəticələr Onkology dərgisində çap olunub.

Medicina.az istinadən bildirir ki, alimlər xəstələrin daha çox hansı xərçəng növlərindən öldüyünü də dəqiqləşdirib.

Beləliklə rəqəmlər xərçəngin dünyada 33% artdığını göstərib.

2017ci ildə 24,5 milyon insan xərçəng olub, 9,6 milyon onkoloji xəstəlikdən ölüb.

2007-2018-ci illərdə onkoloji xəstəliklərin aşkarlanması, diaqnozu 33% artıb və bu rəqəm 40%-ə doğru gedir. Ən az artım iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə olub.

Ən geniş yayılmış növləri isə melanoma olmayan dəri xərçəngi, traxeyaların şişi, ağciyər xərçəngi, süd vəzi xərçəngi, mədə-yoğun bağırsaq, prostat xərçəngidir.

Ən ölümcüllər melanoma, ağciyər və bağırsaq şişləridir