Dünyada qızıla tələbat azalıb – Səbəb nədir?

0
104

2024-cü ilin aprel-iyun ayları ərzində dünyada qızıla tələbat ötən ilin ikinci rübü ilə müqayisədə 6 faiz azalaraq 929 ton təşkil edib.

Bu barədə Dünya Qızıl Şurası (WGC) məlumat yayıb. Analitiklər bunu qızılın qiymətinin qalxması, eləcə də qızıl-zinət əşyalarına tələbatın azalması ilə əlaqələndirirlər.

Xatırladaq ki, son üç ayda qızıl-zinət əşyalarının qlobal satış tempi 19 faiz azalaraq 391 ton təşkil edib ki, bu da son dörd ildə ən aşağı göstəricidir. Bununla yanaşı, hesabat rübündə qızıl təklifi 4 faiz artaraq 1258 ton təşkil edib. WGC-nin məlumatına görə, bu, 2000-ci ildən bəri ən yüksək göstəricidir. Mərkəzi banklar qızıl ehtiyatlarını illik müqayisədə 6 faiz artıraraq 183,4 tona çatdırıblar ki, bu da portfelin mühafizəsinin şaxələndirilməsi zərurəti ilə bağlıdır.