Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın 78 ölkəsində 18 min meymunçiçəyinə yoluxma halının qeydə alındığını açıqlayıb.
Məlumata görə, yoluxma hallarının əksəriyyəti Avropada baş verib.
Ölkələr arasında isə lider ABŞ-dır (3846 hal). Onu İspaniya (3125 hal), Almaniya və Britaniya (hər birində 2 min hal olmaqla) təqib edir.