Dünyada koronavirusdan ölən jurnalistlərin sayı AÇIQLANDI

0
322

Mart ayından bu yana dünyada koronavirusa yoluxma və ölüm saylarını şəffaf olaraq paylaşan 56 ölkədə 489 jurnalist COVID-19-dan vəfat edib.
 
Bu barədə Qlobal Jurnalistlər Şurası məlumat yayıb.

Şura İsveçrənin Cenevrə şəhərində yerləşən qeyri-hökumət təşkilatı “Press Emblem Campaign”in məlumatlarını əsas götürərək qeyd edib ki, bəzi ölkələrdə jurnalistlərin ölümü barədə məlumat verilmədiyindən həqiqi rəqəmlər daha yüksəkdir. 

Qeyd olunub ki, təkcə Türkiyədə 15 jurnalist koronavirusdan həyatını itirib.