Dünyada koronavirus infeksiyası ən azı il yarım daha aktiv olacaq.
“Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya bu barədə proqnozunu açıqlayıb.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə periodik olaraq COVID-19 səbəbi ilə “qaynar nöqtələr” ortaya çıxacaq.
Qeyd edək ki, son məlumatlara görə, dünyada 43 777 188 nəfərdə koronavirus aşkarlanıb. Virusdan bu günə kimi 1 164 516 xəstə ölüb, 32 182 181 nəfər sağalıb.