Dünyada 111 245 517 nəfərdə koronavirus aşkarlanıb.
Virusdan 2 463 614 xəstə ölüb, 86 121 146 nəfər sağalıb.
Şimali Amerikada 32 792 287, Avropada 32 902 326, Asiyada 24 368 411, Cənubi Amerikada 17 296 758, Afrikada isə 3 834 297 nəfərdə koronavirus aşkarlanıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (28 603 813 nəfər), Hindistan (10 976 776 nəfər), Braziliya (10 081 693 nəfər), Rusiya (4 139 031 nəfər) və Böyük Britaniyadır (4 095 269 nəfər).
Doqquzuncu sırada olan Türkiyədə 2 624 019, İranda 1 558 159, Gürcüstanda 267 701, Ermənistanda isə 170 011 nəfərdə koronavirus müəyyən edilib.
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm Rusiyada (82 396 nəfər), İranda (59 341 nəfər) və Türkiyədədir (27 903 nəfər).
Azərbaycanda koronavirusa yoluxan 232 829 nəfərin 3 193-ü ölüb, 227 472-i sağalıb.