Dünyada ilk dəfə qocaların sayı uşaqların sayından çox oldu – QORXUNC STATİSTİKA

0
670

BMT-nin məlumatlarına görə 2018-ci ilin sonunda yaşı 65-i ötmüş insanların sayı 5 yaşından az olanların sayını keçib.

Məlumatda qeyd olunur ki, bəşəriyyətin tarixində  ilk dəfədir ki, dünyada qocaların sayı uşaqların sayından çox olub. Hazırda dünyada təxminən 705 milyon insanın yaşı 65-dən yuxarıdır və 5 yaşından aşağı olanların sayı, təxminən 680 milyon nəfərdir. Mövcud tendensiyalar göstərir ki, 2050-ci ilə qədər bu fərq daha da artacaq – hər beş yaşdan kiçik uşağa, iki 65 yaşdan yuxarı olan insan düşəcək.Demoqrafçılar bu tendensiyanı uzun müddətdir ki, aşkar ediblər və  izləyirlər: bir çox ölkələrdə insanlar daha uzun yaşayır və daha az uşaqlar var. Aşağıda bəzi ölkələrdə yaşı 65-dən yuxarı olanların sayının ümumi əhalinin neçə faiz təşkil etdiyini əks etdirən cədvəli təqdim edirik: Yaponiya 27%İtaliya 23%Avropa Birliyi 19,7%ABŞ 15,4%Rusiya 14,1%Çin 10,6%Braziliya 8,5%Türkiyə 8,15%Hindistan 5,9%İran 5,4%Yaxın Şərq / Şimali Afrika/ 4,9%Azərbaycanda 5 yaşlı uşaqların sayı yaşı 65-dən yuxarı olanlardan bir qədər çoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, uşaq ölümünün faizi də ölkəmizdə yüksək faizlərlə hesablanır.