Dünyada ilk dəfə peyk üzərindən 5G vasitəsilə məlumat köçürülməsi edildi

0
451

5G şəbəkəsi hələ yeni olmasına baxmayaraq artıq bəzi ölkələr və şirkətlər tərəfindən aktiv şəkildə istifadə edilməyə başlayır. Cənubi Koreyada KT SAT adında peyk provayder şirkəti dünyanın ilk Peyk üzərindən 5G məlumat ötürməsini etdi. Testlər, KT Institute of Convergence Technology ilə birliktə edildi və yüksək həcmli video faylı göndərilərək edildi.

Məlumatlar Geumsan-Gun bölgəsindəki Kumsan peyk mərkəzindən Seul şəhərindəki KT analiz və təkmilləşdirmə mərkəzinə göndərildi və bunun üçün xüsusi bir router də istifadə edildi.

Şirkət bu məlumat ötürməsini uğurla edə bilmək üçün Hibrid 5G tezliklərini əldə etmək üçün fərqli peyklərin kombinasiyasından istifadə etdi. Həmçinin şirkət xüsusi bir router hazırlayaq eyni anda müxtəlif peyklərdən məlumatların alınmasını/ötürülməsini təmin etdi. Bu router tək bir peyk ilə əlaqədə olarkən xüsusi yollardan istifadə edərək ən optimal tezlikdə məlumatları ötürməyi də bacarır. Şirkət rəsmiləri deyir ki, bu Hibrid 5G hesabına avtomatik bağlanmanı təmin etmək mümkün olur və əlavə naqil, provayder icazələri kimi şeylərə ehtiyac qalmır.  Standart peyk ötürməsindən fərqli olaraq Hibrid 5G ötürmədə eyni tezlik zolağında işləyən müxtəlif mobil cihazlara məlumat ötürmək mümkün olduğu halda, standart peyk sistemlərində isə sadəcə bir cihaza bunu etmək mümkün idi. Qısaca Hibrid 5G ötürməsi digər ötürmələrə nəzərən daha sürətli və çoxşaxəlidir.