Dünyada ilk dəfə insulin daşıması üçün drondan istifadə edildi

0
481

Arkanzasda olan Tibb Elmləri Universitetinin araşdırmaçıları diabet dərmanı daşıyan bir dron yaratdı. UAMS-də hazırlanmış dron, sağlamlıq sahəsində istifadə edilən ilk dron oldu.

Bu işi, dr. Spiridola Maraka rəhbərliyi altında bir qrup reallaşdırdı. Maraka və qrupunun yaratdığı dərman daşıyan dron, keçən cümə günü təqdim edildi.

İnsulin daşıyacaq dron fikri, keçdiyimiz il İrlandiyada meydana gələn şiddətli fırtınadan sonra ortaya çıxdı. İrlandiyada reallaşan fırtına səbəbiylə, bir çox insan sağlamlıq xidmətləri və dərmanlardan məhrum qalmışdı. UAMS-dəki qrupda bu maneənin necə öhdəsindən gələ bilinməsi haqqına baş sındırdılar.

Qrup, Şimal Atlantik Okeanı üzərində uçacaq bir dron üzərində işə başladı. Dron üzərində aparılan işlərdən sonra, diabet dərmanı daşıyan bir dron İrlandiyadan Aran adalarına 20 dəqiqəlik bir uçuş reallaşdırdı.

İşi reallaşdıran qrupda olan dr. Spiridola Maraka bu barədə belə danışdı: “Bu işin sağlamlıq xidmətinin çatdırılması baxımından böyük bir əhəmiyyəti olduğunu düşünürəm. Dron texnologiyası, xəstələrimizə köməkçi olacaq sərhədsiz qabiliyyətlərə sahibdir”.