
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 1 milyon 853 min 435 nəfər təşkil edir.
Birləşmiş Ştatlar koronavirusa yoluxma statistikasında ilk pillədə qərarlaşıb.
Ölkədə COVID-19 virusuna yoluxanların sayı 560 min 16 nəfərdir. ABŞ-da koronavirus qurbanları isə 22 min nəfərdən çoxdur.
Koronavirusdan dünyada ən çox sağalanlar İspaniya (62 min 391), Almaniya (60 min 300) və İranda (43 min 894) qeydə alınıb.