Dünyada 50 milyondan çox insan silahlı münaqişələrdən əziyyət çəkir

0
353

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, dünya üzrə 50 milyondan çox mülki insanın baş verən silahlı münaqişələrin dəhşətli nəticələri ilə üzləşdiyini bildirib.

TŞ-nın açıq debatındakı çıxışında Antionio Quterreş, təşkilata üzv dövlətləri hərbi cinayətləri araşdırmaq və mühakimə etmək üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.

Silahlı münaqişələr zamanı partlayıcı silahlardan zərər çəkənlərin 90 faizinin mülki şəxslər olduğunu vurğulayan baş katib, bir çox qurbanların ömürlük əlillik və ağır psixoloji travma ilə üzləşdiyini qeyd edib.