Dünyada ərzaq ucuzlaşıb: yağ və ətin qiyməti isə…

0
115

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi dünya ərzaq qiymətləri indeksi iyulda 120,8-ə düşüb. Bu rəqəm iyunda 121 olub.

Taxıl indeksi ət, bitki yağları və şəkərin qiymətlərindəki artımla qismən kompensasiya edilib.

Eyni zamanda ərzaq qiymətləri 2022-ci ildəki pik səviyyəsindən 24,7 faiz aşağıdır. Qiymətlər Rusiya-Ukrayna müharibəsi səbəbindən 2022-ci ilin martında müşahidə olunan tarixi zirvədən enişini davam etdirdiyi üçün bu ilin fevralında son üç ilin ən aşağı səviyyəsinə çatıb.

FAO-nun məlumatlarına görə, qlobal taxıl qiymətləri iyulda iyun ayı ilə müqayisədə 3,8 faiz, 2023-cü ilin qiymətləri ilə müqayisədə isə 12 faiz azalıb.

Bitki yağı qiymətləri iyul ayında aylıq 2,4 faiz artaraq, ardıcıl ikinci dəfə il yarımın ən yüksək səviyyəsinə çatıb. Ət qiymətlərində bir ay ərzində artım 1,2, illik isə 0,8 faiz olub. Həmçinin iyul ayında şəkər qiymətləri aylıq 0,7 faiz artıb. Şəkərin qiyməti hazırda bir il əvvəlki qiymətindən 17,9 faiz aşağıdır.