Dünyanın ən çox cinayət törədilən 10 şəhəri açıqlanıb. Bəzi şəhərlər turizmin göz bəbəyi sayılsa da, yüksək cinayət nisbəti ilə diqqəti çəkib.
2024-cü ildə dünyanın bəzi şəhərləri yüksək cinayət nisbətləri iləgündəmə gəlib. Hökumətlərin səyahətçiləri xəbərdar etməsinə səbəb olan bu şəhərlərə addım atmazdan əvvəl iki dəfə düşünməlisiniz.
Həmin şəhərləri təqdim edirik:
10. Braziliyada yerləşən Natal şəhəri fiziki və cinsi təcavüz, oğurluq, avtomobil qaçırma kimi cinayətlərlə məşhurdur. Bildirilir ki, bu yüksək cinayətin əsas səbəbləri yoxsulluqdur.

9. Venesuelada yerləşən Ciudad Quayana ölkənin ikinci ən təhlükəli şəhəri kimi tanınır. Şəhərin 758.500 əhalisi var. Hər 100.000 nəfərə 78 cinayət hadisəsi düşür.

8. Meksikada yerləşən İrapuato 900.000-dən az əhalisi olan kiçik bir şəhər olsa da, hər 100.000 nəfərə 81 cinayət hadisəsi düşür.

7. Meksikanın Ciudad Victoria şəhəri cinayətkar qruplar və hüquq-mühafizə orqanları, narkotik kartelləri arasında qarşıdurmaların mərkəzidir. 349 min 688 nəfər əhalisi olan şəhərdə cinayət nisbəti olduqca yüksəkdir.

6. ABŞ-ın Missuri ştatında yerləşən St. Luis cinayət nisbətinin yüksək olduğu şəhərlərdən biridir. Cinayət nisbəti hər 100 000 nəfərə 87,83 təşkil edir.

5. Venesuelanın paytaxtı Karakas da siyahıdakı şəhərlərdən biridir: 2.682.801 əhalisi olan şəhərdə cinayət nisbəti hər 100.000 nəfərə 100-dür.

4. Meksikada yerləşən Akapulko bir vaxtlar istirahət məkanı olub. Bununla belə, şəhərin hazırda 779 566 əhalisi var və hər 100 000 nəfərə 111 cinayət hadisəsi düşür.

3. Meksikanın Los Kabos şəhərində cinayət nisbəti hər 100 min nəfərə 111,3 təşkil edir. Narkotik istifadəsi və rəqib dəstələr arasında münaqişələr şəhərdə kifayət qədər tez-tez baş verir.

2. Meksikanın sərhəd bölgəsində yerləşən Tixuana kifayət qədər təhlükəli şəhərlərdən biridir. 2,05 milyon əhalisi olan şəhərdə hər 100 min nəfərə 138 cinayət nisbəti var.

Siyahıda 1-ci yerdə yenə də Meksika şəhəridir. 1.51 milyon insanın yaşadığı Cuidad Juarezdə cinayət nisbəti 100.000 nəfərə 250-dir. Bir vaxtlar turistlərin göz bəbəyi olan Ciudad Juarez artan cinayət səbəbiylə əvvəlki qədər populyar deyil.
