Dünya tarixində 3 ildən çox çəkən pandemiya olmayıb – Virusoloqdan PROQNOZ

0
272

ABŞ Qlobal Viroloji Şəbəkə Mərkəzinin direktoru Konstantin Çumakov koronavirus pandemiyasının niyə tezliklə bitə biləcəyini açıqlayıb.

“Tarixdə 2-3 ildən artıq davam edəcək bir pandemiya olmayıb. Bundan əvvəl yayılan ispan qripi həqiqətən bəşəriyyət üçün ciddi sınaq oldu. Müxtəlif hesablamalara görə, 50 milyondan 100 milyona qədər insan həyatını itirdi. Amma bu da iki il yarıma başa çatdı. Və bu virus getmədi, sadəcə mövsümi qripə çevrildi”, – deyə Konstantin Çumakov bildirib.

Virusoloq o zaman peyvəndin olmadığını qeyd edib: “Hamı sadəcə xəstələnirdi. Nəticədə əhalinin immuniteti formalaşdı”.

“Virusun başqa gedəcək yeri yoxdur, dövr edir, yoluxdurur, lakin ciddi xəstəlik törətmir”, – Konstantin Çumakov əlavə edib.

Onun sözlərinə görə, hamı xəstələnməli olacaq: “Virus çox dəyişib. Əvvəllər köhnə variantları uşaqlar üçün təhlükəsiz idi, gənc və orta yaşlı insanlar daha çox xəstələnirdi. İndi uşaqlar daha çox xəstələnir və xəstəxanalara düşür. Bunun boş bir şey kimi düşünməyin”.Virusoloq Omikronun əsas əlamətlərini də sadalayıb – baş ağrısı, burun axması, qoxubilmə itkisi, öskürək, burunda qıcıqlanma.