Dünya mediası yazır: Türkiyə bu 6 ölkənin seçimi oldu

0
142

Son illərdə edilən investisiyalar, texnologiya inkişafı və yerli istehsal strategiyaları sayəsində Türkiyə müdafiə sahəsində beynəlxalq miqyasda üstün mövqeyə yüksəlib.

“The Eurasian Times” qəzeti bununla bağlı təhlil yazısı dərc edib.

Təhlildə İslam ölkələrinin Amerikanın müdafiə idxalından uzaqlaşaraq Türkiyəyə üstünlük verdiyi bildirilib. Xüsusilə pilotsuz uçuş aparatları (PUA), sualtı qayıqlar və qabaqcıl raket sistemləri kimi strateji məhsulları ilə Türkiyə qlobal bazarın önəmli oyunçularından birinə çevrilib.

Həmçinin təhlildə əsasən Azərbaycan, Pakistan, İndoneziya, Malayziya, Maldiv adaları və Səudiyyə Ərəbistanının silah təchizatı üçün Ankaraya ehtiyacı olduğu vurğulanıb.

Türkiyənin müdafiə sənayesində “ANKA” pilotsuz uçuş aparatı, “Bayraktar AKINCI” kimi sistemlərin töhfəsi ilə ölkənin nüfuzunun daha da gücləndiyi qeyd edilib.

Maldiv adaları Hərbi Hava Qüvvələrinin 3 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatını inventarına əlavə etdiyi də bildirilib.

Türkiyənin1980-ci illlərdə qurulan müdafiə sənayesinin Prezident Rəcəb Tayyib Ərdoğan dövründə sürətlə inkişaf etdiyi vurğulanıb.