Dünya liderlərinin Prezidentə təbrikləri davam edir

0
647

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sözügedən məktubun mətnini təqdim edirik:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müasir Azərbaycan dinamik inkişaf edən dövlət, etibarlı iqtisadi tərəfdaşdır.

Sanballı ictimai-siyasi dəyişikliklər, istehsal sektorunun əsaslı surətdə modernləşdirilməsi, ölkənizin beynəlxalq aləmdə nüfuzunun artması Sizin həyata keçirdiyiniz və ölkənin iqtisadi qüdrətinin, əhalinin səmərəli sosial müdafiəsinin təmin edilməsinə, müstəqil xarici siyasət yürüdülməsinə yönəlmiş kursun düzgün oduğunu əyani şəkildə təsdiq edir.

Əminəm ki, razılaşmaların praktiki reallaşması və Sizin dəstəyinizlə həyata keçirilən birgə layihələr ölkələrimizin potensialının daha da artırılmasına, Belarus və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı yardım ənənələrinin möhkəmlənməsinə şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və qarşıya qoyduğunuz məqsədlərə nail olmağınızı, qardaş Azərbaycanın əhalisinə isə sülh və firavanlıq arzu edirəm”.

***

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, xahiş edirəm, Sizə yüksək ehtiramımı qəbul edin”.

***

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Xorvatiya Respublikasının vətəndaşları adından ən səmimi təbriklərimi çatdırır, dövlətinizə və vətəndaşlarınıza firavanlıq arzulayıram.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndirir. Mən əminəm ki, bizim bir çox sahələrdə sıx əlaqələrimiz və əməkdaşlığımız xalqlarımız arasındakı dostluğun və qarşılıqlı anlaşmanın daha da inkişaf etməsinə və güclənməsinə töhfə verəcəkdir.

İkitərəfli əməkdaşlığımızın və tərədaşlığımızın gücləndirilməsinə əlavə stimul vermiş Xorvatiyaya rəsmi səfərinizi məmnunluqla xatırlayıram. Nümayəndə heyətlərimiz arasındakı danışıqlar və müzakirələr zamanı vurğuladığımız kimi, Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında energetika və iqtisadiyyatdan tutmuş mədəniyyət, elm, texnologiya və təhsilə qədər bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək üçün böyük imkanlar vardır. Ümidvaram ki, qarşıdakı illərdə Xorvatiya və Azərbaycan şirkətləri arasındakı əməkdaşlıq daha da inkişaf edəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident, əziz dostum.

Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edir, ölkənizin və xalqınızın rifahı naminə səmimi arzularımı çatdırıram.

Qarşılıqlı hörmət və anlaşmaya söykənən Serbiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir və əlaqələrimizin inkişafına verdiyim töhfələrdən məmnunluq duyuram. Əminəm ki, Sizin Serbiyaya gözlənilən səfəriniz xalqlarımızın rifahı naminə əməkdaşlıq əlaqələrimizin hərtərəfli güclənməsinə təkan verəcəkdir.

Azərbaycanın əldə etdiyi nailiyyətlərdən fərəhlənir və əminliklə bildirirəm ki, Sizin güclü liderliyiniz, qətiyyətli iradəniz, fədakar işiniz sayəsində ölkəniz bütün məqsədlərinə nail olacaqdır.

Ölkənizin Serbiyanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstəyinə və Kosovo məsələsində mövqeyinə görə minnətdarlığımı ifadə edirəm. Həmçinin Serbiya BMT-nin bütün üzv dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü prinsipiallıqla tanıyır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərilən səyləri dəstəkləyir.

Möhtərəm cənab Prezident, tezliklə Sizin səfərinizə ümid edir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar, ölkənizə və xalqınıza daha parlaq gələcək arzu edirəm.

Bu il yanvarın 23-də Davos şəhərindəki görüşümüzü məmnuniyyətlə xatırlayıram. Həmin görüş zamanı ölkələrimiz arasındakı möhkəm dostluq münasibətlərini yenidən nəzərdən keçirmək imkanımız oldu. İsveçrə Konfederasiyası Azərbaycan Respublikası ilə sıx münasibətlərin qorunub saxlanılmasına sadiqliyini və bu istiqamətdə aparılan uğurlu fəaliyyətin hər iki dövlətin mənafeyi naminə davam edəcəyinə ümidvar olduğunu bildirir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

***

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Çox hörmətli cənab Prezident.

İcazə verin, Respublika Günü münasibətilə şəxsən Sizi və bütün qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edim.

Müasir Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Sizin müdrik rəhbərliyiniz və parlaq diplomatik istedadınız sayəsində respublika regional səviyyədə öz liderliyini ildən-ilə möhkəmləndirir, beynəlxalq arenada mövqeyini yüksəldir. Multikulturalizm nümunəsi olan Azərbaycan dünyada vəziyyətin sabitləşməsində mühüm rol oynayır. Bu baxımdan, ölkənizin Rusiya ilə strateji xarakter daşıyan və xalqlarımızın bütün tarixi ərzində planlı şəkildə inkişaf edən qədim dostluq əlaqələrini xüsusi qeyd etmək istərdim.

Bu əlamətdar gündə şəxsən Sizə səmimi qəlbdən möhkəm cansağlığı və tükənməz enerji, səmərəli dövləti fəaliyyətinizdə yeni parlaq uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

***

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, bütün Azərbaycan xalqına firavanlıq arzularımı çatdırmaq istərdim.

Bu xoş fürsətdən istifadə edərək əminliyimi bildirirəm ki, Rumıniya ilə Azərbaycan arasında möhkəm təməl üzərində qurulmuş strateji tərəfdaşlıq daha da genişlənəcək və dərinləşəcək.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına Vyetnam Hökuməti və xalqı adından ən xoş təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın regionda və dünyada rolunun artmasından və mövqeyinin möhkəmlənməsindən, xalqınızın qazandığı böyük sosial-iqtisadi uğurlardan məmnunluq hissi keçiririk.

Vyetnam xalqlarımızın maraqları naminə ölkələrimizin liderləri və xalqları tərəfindən uzun illər ərzində yaradılmış və inkişaf etdirilmiş səmərəli əlaqələrimizi bütün sahələrdə hər zaman təqdir edərək gücləndirmək niyyətindədir.

Son zamanlar Vyetnam-Azərbaycan əməkdaşlığının nəticələrini yüksək qiymətləndirirəm. Mən tam əminəm ki, ölkələrimizin liderlərinin güclü siyasi iradəsi və birgə səyləri sayəsində Vyetnamla Azərbaycan arasındakı dostluq münasibətləri və əməkdaşlıq ölkələrimizin inkişafına, bölgədə və dünyada sülhə, sabitliyə və rifaha əhəmiyyətli dərəcədə töhfə verməklə səmərəli şəkildə genişləndiriləcəkdir.

Mən Azərbaycanın daim firavan olmasını arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.

***

Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı inkişaf və rifah arzulayıram”.

***

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və rifah arzu edirəm”.

***

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib:

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizdən Birləşmiş Ərəb Əmirlikləri xalqının bu bayram münasibətilə böyük fərəh hissi keçirdiyini dost xalqınıza çatdırmağınızı xahiş edirəm.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.