Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.
İlk yarış günündə 55 kq, 67 kq, 72 kq, 77 kq və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Eldəniz Əzizli (55 kq) ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçi növbəti görüşdə Rusiya təmsilçisinə uduzub. Qonşu ölkə pəhləvanı finala yüksəldiyi üçün Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxacaq. Onun bürünc medala vəsiqə uğrunda qarşılaşmada rəqibi Ermənistan güləşçisi Rudik Mkrtçyan olacaq.
İslambek Dadov (67 kq) təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığma üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan Azərbaycan güləşçisi Ermənistandan olan rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı həmkarına da gücünü göstərən Dadov Fərdi Dünya Kubokunun finalına vəsiqə qazanıb. Onun qızıl medal görüşündə rəqibi rusiyalı Nazir Abdullayev olacaq.
Digər güləşçilərə gəldikdə, Ülvü Qənizadə (72 kq) debütdə Fransa, Sənan Süleymanov (77 kq) Almaniya, İslam Abbasov (87 kq) isə Əlcəzair güləşçisinə məğlub olaraq, mübarizəni erkən dayandırıb.
17:05
Bu gün güləş üzrə Fərdi Dünya Kuboku başlayıb.
Serbiyanın paytaxtı Belqradda keçirilən yarışın ilk günündə 55, 67, 72, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub.
İslambek Dadov təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib.
Ülvü Qənizadə debütdə Fransa, Sənan Süleymanov Almaniya, İslam Abbasov isə Əlcəzair güləşçisinə məğlub olub.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.