Dünya İsraildən üz döndərir: Uçuşlar dayandırıldı

0
29

Yaxın Şərqdə baş verən son hadisələrə görə bir çox aviaşirkətlər İsrailə uçuşları ləğv edir.

İsrail mediasının məlumatına görə, bu, Roş-Ha-Şanaya (yəhudilərin Yeni ili) bir neçə gün qalmış baş verir və bir çox israilli xaricdəki tətillərini ləğv etməli olacaq. Ötən gecə “Air France” İsrailə uçuşları ləğv etdiyini açıqladı.

“British Airlines” və Yunanıstanın “Aegean” aviareysi ən azı oktyabrın 7-dək, İspaniyanın İberiya hava limanı oktyabrın 4-dək, Polşanın LOT aviareysi oktyabrın 3-dək, İtaliyanın İTA isə sentyabrın 29-dək İsrailə uçmayacaq.

Bundan əlavə, “Lufthansa” qrup şirkətləri və “Latvian Air Baltic” oktyabrın 15-dək İsrailə uçuşları ləğv edib. İsrail bazarına tədricən qayıtdığını elan edən yeganə Avropa aşağı büdcəli aviaşirkət Macarıstanın “Wizz Air” şirkətidir. Amerika hava yolları isə çoxdan uçuşları dayandırmaq qərarına gəlib.