Cüdo millilərimizdə məşqçi təyinatları gerçəkləşib.
Əsas təyinat dünya və Avropa çempionu, əsas millimizin sabiq məşqçisi Elxan Məmmədovun 5 aylıq fasilədən sonra yenidən məşqçiliyə qayıtmasıdır.
O, gənclərdən ibarət millimizə baş məşqçi təyin olunub. Elxan Məmmədova Elxan Rəcəbli və Rüstəm Alimli kömək edəcək.
Həmçinin böyüklərdən ibarət millimizdə Mövlud Mirəliyevin baş məşqçi, Elçin İsmayılovun məşqçi kimi işini davam etdirməsi təsdiqlənib. Onlara Mehman Əzizov və Zaur Babayev də qoşulub.
Yeniyetmələrdən ibarət millimizdə Ramiz Ramizzadənin qalması təsdiqini tapıb. Həmçinin, karyerasını avqustda bitirmiş Nicat Şıxəlizadənin və Emin İsgəndərovun onun köməkçisi olması təsdiqlənib.
Qadınlardan ibarət millimizdə baş məşqçi Rəşad Məmmədov, onun köməkçisi İmamverdi Məmmədov olacaq. Gənclərdə isə onun köməkçiləri Vüqar Hüseynovla Kifayət Qasımova, yeniyetmələrdə isə Elnur İsmayılov olacaq.