Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi də erkən məğlubiyyətlə barışmalı olub.
59 kq çəki dərəcəsində çıxış edən Alyona Kolesnikin 1/8 finalda belaruslu Kristina Sazıkina ilə qarşılaşıb.
Ukrayna əsilli güləşçimiz rəqibinə 4:8 hesabı ilə uduzub.
Qeyd edək ki, dünən Azərbaycanın daha iki qadın güləşçisi – Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.
Xatırladaq ki, daha əvvəl 2 sərbəst güləşçimiz – Əbubəkr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) ən yaxşı halda bürünc medal qazana bilib.