Dünya əhalisinin 75 faizinin vaksinasiyasına 4,5 il lazımdır

0
422

İndiyədək dünyanın 107 ölkəsində insanlara koronavirus əleyhinə 245 milyon vaksin dozası vurulub.

Hazırda hər gün dünya üzrə təxminən 6,79 milyon insan COVID-19 infeksiyasına qarşı peyvənd olunur.

Bu templə dünya əhalisinin 75 faizinin vaksinasiya edilməsi üçün təxminən 4,5 il vaxt lazım gələcək.

Yüz nəfər əhaliyə düşən vaksin dozasının miqdarına görə, İsrail birinci pillədə qərarlaşıb (89.9 nəfər). Sonrakı yerləri Birləşmiş Ərəb Əmirlikləri (56,08 nəfər), Böyük Britaniya (31,58) və ABŞ (23,16) tutur.