Dünən son 20 ilin ən soyuq gecəsi olub, şənbə günü isə…

0
101

Keçən gecə Moskvada son 20 ilin ən soyuq gecəsi olub.

Bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Teleram kanalında məlumat verib.

Minimum hava temperaturu +9,6 dərəcəyə enib. Əvvəlki “soyuq” rekord 2004-cü il avqustun 16-da qeydə alınıb, o zaman minimum 8,1 dərəcə olub. Ümumilikdə, 21-ci əsrdə üçüncü dəfədir ki, gün havanın temperaturu +10 dərəcədən aşağı olur.

Ən aşağı temperatur ən güclü şəkildə Mixaylovskidə hiss olunub, burada temperatur 5,2 dərəcəyə düşüb.

O bildirib ki, soyuq gecələ bitir. Artıq qarşıdan gələn şənbə, avqustun 17-nə keçən gecə paytaxt rayonlarında hava 9-14 dərəcə isti təşkil edəcək. Yalnız şərqdə hava hələ də soyuq olacaq, burada temperatur üstəgəl 4-9 dərəcə olacaq.