Qadın futbol hakimi Stefani Frappar ötən gecə “Liverpul” və “Çelsi” komandalarının iştirakı ilə UEFA Superkuboku uğrunda keçirilən matçı yüksək səviyyədə idarə etməsiylə diqqət mərkəzinə düşüb.
Bu təyinatla futbol tarixinə keçən 35 yaşlı referi bir daha ona boş yerə etimad göstərilmədiyini sübut etmiş olub.
Daha öncə qadınlar arasında keçirilən dünya çempionatının finalını idarə edən ədalət təmsilçisi, eyni zamanda Fransa Liqa 1-də fit çalan ilk qadın hakimdir.
O, ilk dəfə 2011-ci ildə Fransa Milli Liqasında ədaləti qoruyub. Stefani Frappar 3 il sonra Fransanın 2-ci liqasında iş başında olub.