Dubay polisi Niderlanddan olan “Ölüm mələkləri” kriminal qrupunun rəhbəri mərakeşli Riduan Taqini saxlayıb.
Taqi narkoticarət və qətldə şübhəli bilinir.
Qeyd edək ki, Taqi Niderlandda 9 qətldə ittiham olunur. Niderland onun başına 100.000 dollar mükafat təyin edib. Onun təşkilatı ölkənin ən böyük kokain qaçaqmalçısı sayılır.