Dubay iyulun 7-dən etibarən xarici turistlərin qəbuluna başlayıb.
Qeyd olunur ki, şəhərə gələn turistlər ən geci 96 saat əvvəl testdən keçməli və təyyarə eniş etdikdən sonra test nəticələrini təqdim etməlidirlər.
Əks halda, sərnişinlər ölkəyə gəldikdən sonra testdən keçiriləcək və nəticələr əldə olunana qədər özünütəcrid şəraitində saxlanılacaqlar.