Dubay aeroportu su altında qaldı – VİDEO

0
468

Dubayın Beynəlxalq hava limanında güclü yağışlar ucbatından uçuş-enmə zolağını su basıb.

Hava limanının administrasiyası 22 reysin təxirə salındığını bildirib.

Aeroporta gedən yollarda böyük tıxaclar yaranıb. Dubay rəhbərliyi sərnişinləri vaxtından əvvəl hava limanına gəlib reys haqqında məlumat əldə etməyə çağırıb.

Uçuş-enmə zolağını su basdığına görə, təyyarələrin əksəriyyəti qonşu Əl-Maktum hava limanında enməyə məcbur olublar.

Dubay hava limanı BƏƏ-nin və bütün Fars körfəzi regionunun ən iri aeroportu sayılır. O ildə 80 milyon sərnişin və 2 milyon ton yük qəbul etmək iqtidarındadır.