DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya sui-qəsdə rəhbərlik edən şəxsin oğlu da həbs edildi

0
34

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov da həbs olunub.

Adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadimi və ya ictimai-siyasi şəxsin həyatına sui-qəsd hazırlığı) maddəsi ilə ittiham verilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.

Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.