Türkiyənin ilk qastronomiya şəhəri olan Qaziantepdə bir kababçının ətləri qəssabdan dron vasitəsi ilə gətirdikdən sonra manqalda bişirməsi rəngli görüntülərə səhnə olub.
Hazırlayacağı əti qəssabdan dron ilə iş yerinə gətirən kababçı dronu sanki bir köməkçi kimi istifadə edir.
Fərqli bir şeylər etmək istəyərkən ağıllarına belə bir fikir gəldiyini bildirən kababçı ” Daha əvvəl də belə bir şey etməyi planlaşdırmışdıq, amma bu günə qismət imiş. Dron da günümüzün texnikasının bir hissəsi olduğu üçün ondan istifadə etdik” deyib.