Latviya və Rumıniyanın xahişi ilə NATO-nun ən yüksək səviyyəsində “dron insidentləri” ilə bağlı müzakirə aparılacaq.
Bu barədə Latviya Prezidenti Edqars Rinkeviç bildirib.
“Polşa, Rumıniya və indi də Latviya kimi NATO-ya üzv ölkələrin ərazisinə dronlar vasitəsilə soxulmaq ilə bağlı oxşar insidentlər baş verib. Müxtəlif tipli insidentlərin nəzərə alınmalı olduğu yeni reallıq var və bu yeni təhdidlərə qətiyyətlə qarşı çıxmaq üçün daha tutarlı ümumi NATO strategiyası hazırlanmalıdır”, – Rinkeviç deyib.
Onun fikrincə, eyni zamanda Latviyanın imkanlarını, məsələn, müxtəlif növ potensial təxribatçı elementlərə, o cümlədən hava hücumundan müdafiə sistemlərinə qarşı mübarizədə, daim təkmilləşdirmək lazımdır.
Xatırladaq ki, sentyabrın 7-də Rusiyaya məxsus hərbi pilotsuz uçuş aparatının Belarusdan Latviyaya uçduğu, sonra isə Rezekne diyarında qəzaya uğradığı bildirilib.