Qəbələ rayon Mıxlıqovaq kəndinin şəhidi Babazadə Elşən Sahib oglunun anım günü keçirildi.
Elşən Babazadə sentyabr ayının 13 -ü 2022- ci ildə
“Qisas” antiterror əməliyyatı həyata keçirərkən şəhid olmuşdur.
Tədbirdə Qəbələ şəhid ailələri,Oguz şəhid ailələri, Salyan şəhid ailələri,Zərdab şəhid ailələri,zabitlər, qazilər , Mıxlııqovaq kənd tam orta məktəbin şagirdləri,Mixliqovaq kənd icra nümayəndəsi ,ruhanilər,kənd sakinləri iştirak etdi.
Əvvəlcə şəhidin məzarı önünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Gıxış edənlər şəhidin ailəsinə başsağlığı vermiş,
şəhidlərimizlə qürür duyduqlarını söyləmişdilər.
Məktəblilər şeirlər söyləmiş, şəhidlərimizin qəhrəmanlığından danışmışlar.
Şəhidin adına ucalan abidə kompleksi ziyarət edilmişdir.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri.








