DÖVLƏTƏ ÇATMALI VƏSAİT HARA GEDİR? – Qusar Bələdiyyələrinin korrupsiya əməlləri

0
81

Qeyd edək ki, Şimal bölgələrində Bələdiyyə sədrlərnin minbir oyunla əldə etdikləri qanunsuz gəlirlər azmış kimi sədrlikdən çıxandan sonrası üçündə özlərinə gəlir yeri mütləq düz-qoş etmələri ilə bağlı ilginc məlumatlar daxil olub. Bu şəxslərin bəziləri sədrlik kürsüsündən istifadə edərək mağazalar və ya fermalar açması ilə gündəm olmuşdular. Bu gün isə daha kriativ ideya müəllifi olan Qusar bələdiyyə sədrləri ömürlük çörək pullarını işləmədən təmin etməyin yolunu çox asan yolun tapıblar.

Dövlətin etibar edib öhdəliklərinə verdiyi ərazilərdə mobil rabitənin yaxşılaşdırılması məqsədi ilə quraşdırılan antenlərin yerləşdiyi mövqeyn vətəndaşlara aid olduğu hissələrdə aylıq ödənişlər şirkət tərəfindən edilir. Məhs bunu nəzərə alaraq Bələdiyyə sədləri həmin əraziləri özəlləşdirməklə dövlətin əmlakını şəxsiləşdirir. Bu isə dövlətə keçirilməli olan vəsaitin suni şəkildə şəxslərin cibinə getməsinə xidmət edir. Ümumiyyətcə fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvlərinə məxsus xeyli sayda əmlakların olması Korrupsiya halı hesab edilir. Lakin məsələ ilm bağlı kiçik araşdırmamızı yekunlaşdırdıqdan sonra geniş məlumat veriləcəkdir.