Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş şagirdlərin valideynlərinin nəzərinə

0
565

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı avqustun 27-də keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahana yalnız 2020-ci il yanvarın 9-dan martın 3-dək “Şagirdin elektron ərizəsi”ni təsdiq etmiş şagirdlər buraxılır.
İmtahanda iştirak etmək istəyən şagirdlər 24 avqust saat 23:59-dək Mərkəzin saytında qeydiyyatlarını təsdiqləyib “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilələr.
Qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcək.
Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılır. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.
İmtahana gələrkən şagirdlər şəxsiyyət vəsiqəsini və “ İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır. İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş şagirdlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaq. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan şagirdlər Xüsusi Məktəbə qəbul olunacaqlar