Dövlət qurumu işçi axtarır – VAKANSİYA

0
54

Dövlət adından yaradılan publik hüquqi şəxs

İctimaiyyətlə əlaqələr departamentinin Mərkəzi kommunikasiya şöbəsinin (MKŞ) baş mütəxəssisi

Son tarix 25 apr 2025 – [email protected]

Vəzifə öhdəlikləri

  • PR strategiyalarının hazırlanmasında iştirak etmək;
  • Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Şəffaflığın təmin olunması məqsədilə Qurum tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasını təmin etmək, bununla əlaqədar pres-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlamaq;
  • Qurumun struktur bölmələrinin KİV-lə və ictimaiyyətlə əlaqələrində səmərəliliyin artırılmasına, bu sahədə mövcud münasibətlərin yaxşılaşdırılmasına dair mütəmadi təkliflər vermək;
  • Qurumun fəaliyyət istiqamətləri üzrə müvafiq dövlət proqramları, qanunvericilik aktları və ictimaiyyəti maraqlandıran digər məsələlərlə bağlı məlumatların KİV vasitəsilə və digər üsullarla ictimaiyyətə çatdırılmasını təmin etmək; 
  • Mətbuat konfransları, brifinqlər və jurnalistlərlə görüşləri təşkil etmək;
  • Sosial media hesabları üçün məzmun hazırlamaq, Qurumun sosial media hesablarını idarə etmək;
  • Qurumun fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqinin aparılması, müvafiq hesabatların hazırlanması və bu barədə tabe olduğu Şöbə müdirinə məlumat verilməsini təmin etmək;
  • Qurumun fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda Qurumun struktur bölmələrinin iştirakı ilə cavab hazırlamaq və təhrif hallarının aradan qaldırılması üçün tədbirlər görülməsində iştirak etmək;
  • Böhran kommunikasiyası (böhran vəziyyətlərində nüfuzun idarə edilməsi planlarını hazırlamaq);
  • Beynəlxalq və qlobal media platformaları üçün proaktiv məlumatlar hazırlamaq;
  • Daxil olmuş sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasını, araşdırılmasını, cavablandırılmasını və göndərilməsini təmin etmək;
  • Fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Qurumu dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, KİV, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;
  • Nüfuzun idarə edilməsini (ictimai rəyin monitorinqi və rəylərlə işləmək bacarığı) təmin etmək;
  • Öz fəaliyyəti ilə bağlı dövri hesabatlar (müvafiq sahədə həyata keçirilmiş tədbirlərə dair məlumatlar, statistik göstəricilər və s.) hazırlamaq;
  • Şöbənin işçiləri tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
  • Qurumun rəhbəri, Departament direktoru, Departament direktorunun müavini və ya Şöbə müdiri tərəfindən verilən Departamentin fəaliyyət istiqamətlərinə aid olan digər tapşırıqları yerinə yetirmək.

İş qrafiki

  • Bazar ertəsi – cümə günləri, saat 09:00-dan – 18:00-dək.

Vəzifəyə dair tələblər 

  • Təhsilə dair tələblər: Jurnalistika, siyasi elmlər, sosiologiya, iqtisadiyyat, idarəetmə, ictimaiyyətlə əlaqələr, marketinq və ya oxşar sahələr üzrə ali təhsil;
  • İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
  • Yaş: 25 yaşdan yuxarı
  • Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları – yüksək səviyyədə;
  • Dizayn proqramları: Figma, Canva, Adobe Photoshop, Adobe Illustrator və s.
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili – B2

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
  • Mükəmməl kommunikasiya bacarığı;
  • Yaradıcı qabiliyyət;
  • Analitik təhlil;
  • Gərgin iş qrafikinə uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “MKŞ-nin baş mütəxəssisi” yazaraq Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərmələri xahiş olunur.