Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və sağlamlığına xüsusi önəm verən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər heyəti 1 aylıq əməkhaqqının 50%-ini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Məqsəd pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində görülən işlərin həyata keçirilməsinə dəstək göstərməkdir.
Xatırladaq ki, koronavirusun (COVİD-19) geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyada prioritetə çevrilib.
Qeyd edək ki,Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti dəölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına, onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.