Dövlət başçısı: Fransa Prezidenti səfirliyə hücumla bağlı mənə vəd verdi ki, tədbir görüləcək, lakin bunun doğru olmadığı ortaya çıxdı

0
275

Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürülüb: “Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir”.

#

APA